"Airbus" 15 min əməkdaşını işdən çıxarır

01.07.2020 İqtisadiyyat
Avropanın təyyarə istehsalçısı "Airbus" koronavirus pandemiyasından qaynaqlanan maliyyə sılxıntıları səbəbindən gələn il çoxu Avropada olmaqla 15 min işçisini ixtisar edəcək.

"Kommersant.az" xəbər verir ki, bu barədə şirkətdən açıqlama verilib. Bildirilib ki, pandemiyadan əvvəlki vəziyyətə qayıdış 2023-2025-ci illərə qədər çəkə bilər. Bu mərhələdə isə əlavə tədbirlərin həyata keçirilməsinə ehtiyac var.

Plan çərçivəsində Fransada 5000, Almaniyada 5100, Böyük Britaniyada 1700, İspaniyada 900 və digər müəssisələrdə çalışan 1300 işçinin işinə xitam veriləcəyi açıqlanıb.

"Airbus aviasiya sektorunun bu vaxta qədər yaşadığı ən böyük böhranla qarşı-qarşıyadır. Bu vaxta qədər aldığımız tədbirlər qlobal epidemiyanın ilk dalğasının öhdəsindən gəlməyimizi təmin etdi. İndi də şirkətin fəaliyyətini davam etdirməsi və böhrandan sağlam, qlobal aviasiya lideri olaraq çıxa bilməsi üçün çalışmalıyıq", - deyə "Airbus"ın baş direktoru Quillaume Fauri bildirib.