Tələbələrin köçürülməsinin vaxtı açıqlandı

01.07.2020 İqtisadiyyat
"Tələbələrin köçürülməsi iyul-avqust ayında həyata keçiriləcək".

"Kommersant.az" xəbər verir ki, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.

Onun sözlərinə görə, bu onlayn prosesdir və hər hansı problem olmayacaq: "Dəqiq tarix bəlli deyil. Bu barədə məlumat veriləcək".

Qeyd edək ki, tələbələrin köçürülməsi ildə iki dəfə - fevral və iyul aylarında həyata keçirilir.