USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bank of America:Türk Lirəsi dəyərindən aşağı deyil

18.08.2020 İqtisadiyyat
0 0
Bank of America (BofA) tərəfindən Bazar ertəsi günü nəşr olunan həftəlik qlobal araşdırma hesabatındaTürk Lirəsi də qiymətləndirilib.

Cari hesab kəsirinin yenidən gündəmdə olduğunu nəzərə alaraq araşdırmada lirənin dəyərindən aşağı olmadığı ifadə edilib və "Pul şərtlərinin sərtləşməsinə baxmayaraq lirənin daha da zəifləyəcəyini gözləyirik" deyilib.

"Hesab edirik ki, cari hesabın kəsirinin balanslaşdırılması üçün 10 faiz real effektiv məzənnə tənzimlənməsi tələb olunur." -deyə hesabatda bildirilib.

Hesabatada Türkiyənin zəif ABŞ dolları gözləntilərinin olmasının tərəfdarı olduğu ifadə edilərkən, "Türkiyədəki yüksək inflyasiya səbəbiylə digər inkişaf etməkdə olan bazarlarda da dollar zəiflədi" deyə vurğulanıb.

BofA Türkiyə Mərkəzi Bankı (CBT) yaxın gələcəkdə siyasət nisbətinin artacağını gözləmir. Qeyd edək ki, Türkiyə Mərkəzi bankının idarə heyəti 20 Avqust Cümə axşamı günü bir araya gələcək.

  • Əvvəlki

    Bitcoin rekord həddə - BAHALAŞDI

Digər xəbərlər