USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"ASAN xidmət"in səlahiyyətləri artırıldı

18.08.2020 İqtisadiyyat
0 0
Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi haqqında Əsasnamə”yə dəyişiklik edilməsi barədə fərman imzalayıb.

"Kommersant.az" xəbər verir ki, dəyişikliklə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə yeni vəzifə həvalə edilir.

Belə ki, əsasnaməyə yeni əlavə edilən 3.1.11-1-ci yarımbənddə "ASAN xidmət"ə dövlət qurumları tərəfindən dövlət informasiya ehtiyatları və sistemlərinin "Hökumət buludu"nda formalaşdırılması, aparılması və təkmilləşdirilməsi, o cümlədən elektron xidmətlərin təşkili və göstərilməsi ilə bağlı dəstək tədbirləri görmək vəzifəsi tapşırılıb.

  • Əvvəlki

    İlham Əliyev "Hökumət buludu" ilə bağlı fərman imzaladı

Digər xəbərlər

03.07.2025 İqtisadiyyat
AMB bu MMC-yə müddətsiz lisenziya verib
0 0
03.07.2025 İqtisadiyyat
Gömrük yığımları azalıb
0 0