USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ermənistanın partiyaları Paşinyanın istefasını tələb edirlər

10.11.2020 İqtisadiyyat
0 0
Erməni İnqilabi Federasiyası, “Daşnaktsutyun” (EİF) partiyasının Ali Şurasının nümayəndəsi İşxan Saqatelyan videomüracitələ çıxış edərək Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında bağlanan razılaşmadan danışıb.

"Kommersant.az"ın "SputnikArmenia"ya istinadən verdiyi xəbərə görə, o, sentyabrın 27-də müharibə başlanan zaman Nikol Paşinyana zəng edərək siyasi fikir ayrılıqlarını kənara qoyduğunu, ordu və dövlətin yanında olduğunu deyib.

Saqatelyan müharibə vaxtı Paşinyanla üç dəfə qapalı görüşlərinin olduğunu vurğulayıb: "Oktyabrın 29-dakı görüşdə Paşinyan dedi ki, güzəştlərə getmək lazımdır, bu barışıq üçün yeganə yodlur. EİF onda bəyan elədi ki, bu Ermənistan üçün iflas olar".

Onun sözlərinə görə noyabrın 5-də parlament qüvvələri ilə görüş zamanı qondarma Dağlıq Qarabağ Respublikasının prezindeti Araik Arutunyan da təslimiyyət barədə danışıb: "EİF heç bir danışığı və satqınlığı bağışlamayacaq".

Saqatelyan "Daşnaktsutyun" partiyasının Paşinyanın istefasını tələb etdiyini təsdiləyib.

"Çiçəklənən Ermənistan" partiyasının nümayəndəsi İveta Tonayan da Paşinyanın istefasını tələb edib.

Etirazçılara qoşulan Tonoyan deyib: "Bu gün bizim tariximizin ən rüsvayçı səhifəsi yazılıb. Bir neçə saat əvvəl "Çiçəklənən Ermənistan" və bir sıra partiya baş nazirin istefası tələbi ilə çıxış ediblər. Bütün bu olanlardan sonra Paşinyanın edə biləcəyi ən az şey istefa ola bilər".

  • Əvvəlki

    Rusiya Azərbaycanın helikopterlə bağlı üzrxahlığını müsbət qəbul - ETDİ

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0
27.03.2024 İqtisadiyyat
Avropada qazın qiyməti yenidən bahalaşıb
0 0
27.03.2024 İqtisadiyyat
Elektron ticarətə vergilər - YOLDADIR
0 0
27.03.2024 İqtisadiyyat
Avropada saatlıq əmək xərcləri artdı
0 0
27.03.2024 İqtisadiyyat
Türkiyənin xam neft idxalı artıb
0 0