USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Türkiyə Almaniya, İtaliya və Avropa İttifaqına nota verib

24.11.2020 İqtisadiyyat
0 0
Türkiyə Almaniya, İtaliya və Avropa İttifaqına nota verib.

"Kommersant.az" oxu.az-a istinadən xəbər verir ki, Avropa İttifaqının, İtaliyanın Ankaradakı səfiri və Almaniyanın Ankaradakı müvəqqəti işlər vəkili Türkiyənin Xarici İşlər nazirinin müavini Sedat Önal tərəfindən nazirliyə çağırılıb.

Notanın səbəbi dünən Aralıq dənizi vasitəsilə Liviyaya ərzaq, boya və bu kimi məhsullar aparan Türkiyəyə məxsus ticarət gəmisində kapitanı yunan olan Almaniyaya məxsus "Hamburq" gəmisinin hərbi heyətinin beynəlxalq dəniz qanunlarına zidd olaraq axtarış aparmasıdır.

Türkiyə XİN-dən verilən açıqlamada deyilir:

"Türkiyənin icazəsi olmadan bizə məxsus "Roseline A" ticarət gəmisinə "İrini əməliyyatı" çərçivəsində minib axtarış aparılması hadisəsinə etiraz edilib. Bununla bağlı əlaqədar ölkələrə nota verilib. Notada hadisənin beynəlxalq hüquqa zidd olduğu, təzminat hüquqlarımızın qorunduğu qeyd edilib".