USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda SMS icazə bərpa edilir? - AÇIQLAMA

26.11.2020 İqtisadiyyat
0 0
Son günlər Azərbaycanda koronavirusa yoluxan və dünyasını dəyişənlər arasında kəskin artım müşahidə olunur.

Son məlumata görə, koronavirus infeksiyasına daha 3646 nəfər yoluxub, analiz nümunələri müsbət çıxan 34 nəfər isə vəfat edib.

Bəs bunun qarşısını almaq üçün hansı addımları atmaq lazımdır? Yenidən SMS icazənin tətbiqinə ehtiyac varmı?

Məsələ ilə bağlı Redaktor.az-a açıqlama verən millət vəkili Aydın Mirzəzadə yoluxma sayının daha da artacağı təqdirdə SMS icazənin qaçılmaz olduğunu bildirib:

"Əlbəttə, əgər yoluxma sayı artım tempində gedərsə, yenidən bəzi sərt qadağalar, eləcə də SMS icazə tətbiq edilə bilər. Amma hər şeydən əvvəl gərək özümüz qadağalar tətbiq edək. Düzdür, artıq insanların bir çoxu küçədə də maskadan istifadə edir, amma bir nəfərin buna laqeyd yanaşması 10-larla insanın virusa yoluxmasına səbəb ola bilər. Hesab edirəm ki, əgər hamı bir nəfər kimi qaydalara əməl etsə, yenidən sərt rejimə keçməyə ehtiyac olmayacaq".

Millət vəkili ictimai nəqliyyatda olan sıxlığa da münasibət bildirib:

"Avtobuslarda həddindən artıq sıxlıq müşahidə olunur. Bunun qarşısını almaq üçün birincisi, Bakı Nəqliyyat Agentliyi ehtiyatında olan bütün avtobusları reysə buraxmalıdır.

İkincisi, bir sıra dövlət və özəl təşkilatlar var ki, onlar müəyyən avtobuslara sahibdir. Həmin şirkətlər metro açılana qədər sözügedən avtobusları ya reysə buraxmalıdır, ya da ən azından şirkətin (İdarənin) əkdaşlarının işə gedib-gəlməsi üçün ayırmalıdır. İstər bu avtobuslar ödənişli olsun, istər ödənişsiz, hər bir halda nəqliyyatdakı sıxlığı azaltmaq üçün mütləq nəsə etmək lazımdır".

  • Əvvəlki

    Böyük turizm potensialı Kəlbəcərdə iqtisadi aktivliyi bərpa etməyə imkan verəcək

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0
27.03.2024 İqtisadiyyat
Avropada qazın qiyməti yenidən bahalaşıb
0 0
27.03.2024 İqtisadiyyat
Elektron ticarətə vergilər - YOLDADIR
0 0
27.03.2024 İqtisadiyyat
Avropada saatlıq əmək xərcləri artdı
0 0
27.03.2024 İqtisadiyyat
Türkiyənin xam neft idxalı artıb
0 0