USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Yaponiya Rusiyaya nota verdi

03.12.2020 İqtisadiyyat
0 0
Yaponiya Rusiyaya etiraz notası verib.

"Kommersant.az" xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin Baş katibi Kato Katsunobu bildirib.

O, Hokkaydonun şimalında yerləşən Kuril arxipelaqının Etorofu adasına "S-300V4" müdafiə sistemini quraşdıran Rusiyaya sərt reaksiya göstərib.

"Bu, Rusiyanın şimal bölgələrində hərbi gücünü artırmağa kömək edir. Bu vəziyyət ölkəmizin adalardakı mövqeyi ilə uyğun deyil və qəbuledilməzdir. Rusiyanın şimal bölgələri də daxil olmaqla Uzaq Şərqdəki hərbi meyillərini və nəticələrini yaxından izləməyə davam edəcəyik",- deyə Baş katib bildirib.

Qeyd edək ki, II Dünya Müharibəsinin sonunda (1945-ci il) Sovet İttifaqı Yaponiyanın Sakit Okeanı ilə Oxotsk dənizini bir-birindən ayıran Kuril adalarını zəbt etmişdi. Bundan sonra Rusiya və Yaponiya arasında barışıq razılaşmasının imzalanması üçün baş tutan görüşlər nəticə verməyib.

  • Əvvəlki

    Komitə əsirlərlə bağlı məlumat yaydı

Digər xəbərlər

23.04.2024 İqtisadiyyat
Tesladan endirim
0 0
23.04.2024 İqtisadiyyat
Neftimiz ucuzlaşıb
0 0
23.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0