USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ermənilər Şuşa rayonunda iki kəndin mühasirəyə alındığını bildirirlər

16.12.2020 İqtisadiyyat
0 0
Azərbaycan hərbiçiləri Qarabağın Şuşa rayonunda Xin Şen (Kirov) kəndini Laçın-Şuşa yolu ilə birləşdirən yolu nəzarət altına götürüblər.

"Kommersant.az" Turan-a istinadən xəbər verir ki, eyni zamanda, bu kəndi qonşu Mets Şen kəndi (Mets Qaladarasi) ilə birləşdirən yol bağlanıb. Bu barədə dekabrın 14-də Ermənistan KİV-ləri məlumat yayıb.

Azərbaycan hərbiçilərinin bu zonaya gəlməsi və vəziyyətin gərginləşməsi dekabrın 11-12-də Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin və Müdafiə Nazirliyinin iki digər kənd - Xtsabert və Xin Taxer (Çaylaqqala və Xin Tağlar) kəndləri ərazisində həyata keçirdiyi antiterror əməliyyatından sonra baş verib.

Bundan sonra Ermənistan tərəfi Azərbaycan hərbiçilərinin daha iki kəndi mühasirəyə aldığını və yerli sakinlərin bu kəndləri boşaltmağa başladığını bildirib. Ermənistan mənbələrinin məlumatına görə, Rusiya sülhməramlıları Azərbaycan tərəfi ilə danışıqlar aparırlar. Azərbaycan tərəfi hələlik bu məlumatları şərh etmir. /Turan

  • Əvvəlki

    ÜST: “Koronavirusa yoluxmada son həftə rekord say qeydə alındı”

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Dünya birjalarında neft neçəyə satılır?
0 0
28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0