USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Vəzifəli şəxslərə müavinət verilməsi qaydası dəyişdi

16.12.2020 İqtisadiyyat
0 0
Gömrük orqanlarının vəzifəli şəxslərinə pul mükafatlarının verilməsi dövlət qulluqçularının mükafatlandırılmasına dair normativ hüquqi aktlarla tənzimlənir.

"Kommersant.az" xəbər verir ki, bu, "Gömrük orqanlarında xidmət haqqında" Əsasnaməyə təklif edilən dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan Əsasnaməyə görə, gömrük orqanlarının vəzifəli şəxslərinə gömrük sistemində qüvvədə olan normativ hüquqi aktlara uyğun olaraq pul mükafatları verilə bilər.

Eyni zamanda gömrük orqanlarının vəzifəli şəxslərinin xidmətinə xitam verildikdə, onlara vəzifə maaşının 6 misli məbləğində birdəfəlik müavinət veriləcək və bu məbləğdən vergi tutulmayacaq.

Qüvvədə olan qanuna əsasən isə (124) gömrük orqanlarının vəzifəli şəxslərinin xidmətinə xitam verildikdə, onlara xidmət illərindən asılı olaraq aşağıda göstərilən miqdarda birdəfəlik müavinət verilir;

- 10 ilə qədər - aylıq vəzifə maaşının 5 mislində;

- 10 ildən 15 ilə qədər - aylıq vəzifə maaşının 10 mislində;

- 15 ildən 20 ilə qədər - aylıq vəzifə maaşının 15 mislində;

- 20 ildən yuxarı - aylıq vəzifə maaşının 20 mislində.

Xidmət dövründə dövlət təltifləri olan gömrük orqanlarının vəzifəli şəxslərinə verilən birdəfəlik müavinətin məbləği iki aylıq vəzifə maaşı miqdarında artırılır.

  • Əvvəlki

    Təhsil müəssisələri bu hallarda akkreditasiyadan keçirilməyəcək

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Dünya birjalarında neft neçəyə satılır?
0 0
28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0