USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakıda yaşayan Naxçıvan sakinlərinin - NƏZƏRİNƏ

30.12.2020 İqtisadiyyat
0 0
Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyi və Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.

Məlumata görə, 2021-ci il yanvar ayının 5-dən etibarən Bakı şəhərində və respublikamızın digər rayon və şəhərlərində müvəqqəti yaşayan, Naxçıvan Muxtar Respublikasında daimi qeydiyyatda olan sakinlərə istifadə müddəti bitmiş, itirilmiş, istifadəyə yararsız hala düşmüş şəxsiyyət vəsiqələrinin Bakı şəhərində, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsində müvəqqəti fəaliyyət göstərəcək Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin müvafiq əməkdaşları tərəfindən yenisi ilə əvəzlənməsinə başlanılacaq.

Qeyd olunub ki, şəxsiyyət vəsiqələrinin verilməsi, ilkin mərhələdə, 31 yanvar 2021-ci il tarixinədək davam edəcək.

Ünvan: Bakı şəhəri, Rəşid Behbudov küçəsi -130. Tel: (012) 590-64-43, 590-64-31.

  • Əvvəlki

    Bir qrup hərbi qulluqçu “Hərbi xidmətlərə görə” medalı ilə təltif edildi - SİYAHI

Digər xəbərlər