USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Türkiyədə turistlərə qadağa qoyuldu

30.12.2020 İqtisadiyyat
0 0
Türkiyədə turistlərin küçə, bulvar və meydanlara girişi qadağan olunacaq.

Bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb. Nazirlik 81 əyalətin valiliklərinə "Küçə, bulvar, meydan tədbirləri" haqqında sənəd göndərib.

Sənədə əsasən, xarici turistlərin əyalət və rayon mərkəzlərində simvolik olan, görüş və şənlik bölgələri kimi tanınan küçə, bulvar və meydanlara girişi Yeni il ərəfəsində məhdudlaşdırılacaq.

Qadağa 31 dekabr 2020-ci il saat 21: 00-dan 1 yanvar 2021-ci il saat 10: 00-dək qüvvədə olacaq.

  • Əvvəlki

    Bayram günləri avtobuslar işləməyəcək? - RƏSMİ AÇIQLAMA

Digər xəbərlər