USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rusiyalı polkovnik ermənilərin yaydığı xəbəri yalanladı

14.01.2021 İqtisadiyyat
0 0
Qarabağda atəşkəs rejiminin pozulması faktı qeydə alınmayıb.

"Kommersant.az" xəbər verir ki, bunu Rusiya Sülhməramlı Tərəflərin Barışıq Mərkəzi rəhbərinin müavini, polkovnik Dmitri Perepelkin deyib.

O bildirib ki, təmas xəttində və Laçın dəhlizində yerləşdirilmiş 27 müşahidə postunda bölgədəki vəziyyətin monitorinqi aparılır.

"Atəşkəs pozuntuları qeydə alınmayıb", - deyə Perepelkin vurğulayıb.

Qeyd edək ki, bu gün Ermənistan KİV-ləri Azərbaycan Silahlı Qüvvələrinin guya atəşkəsi pozması nəticəsində erməni işğalçı kontingentinin hərbi qulluqçusu Vardan Vaçaqanoviç Kirakosyanın (2000-ci il təvəllüdlü) yaralanması barədə dezinformasiya yayıblar.

Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı erməni KİV-lərində yer alan xəbərləri təkzib edib. Diqqətə çatdırıb ki, Azərbaycan Ordusu tərəfindən heç bir atəşkəsin pozulması halı olmayıb.

  • Əvvəlki

    “AMB binasının tikintisinə sərf ediləcək 450 milyon manatla şəhid ailələrini mənzillə təmin etmək olar”

Digər xəbərlər