Qarabağ Azərbaycandır!

Bakı qara hazırlaşır - RƏSMİ

22.02.2021 İqtisadiyyat
Milli Hidrometeorologiya Xidməti havanın dəyişəcəyi barədə xəbərdarlıq edib.

"Kommersant.az"ın məlumatına görə, havanın arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, 15-20 m/s, arabir 23-28 m/s, fevralın 24-də yarımadanın bəzi yerlərində arabir 30 m/s-dək güclənəcək.

Fevralın 24-25-də havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə aşağı enəcəyi, 0-3 dərəcə şaxta olacağı gözlənilir. Yolların buz bağlayacağı ehtimal olunur.

Paytaxt qabaqcadan edilən xəbərdarlığa hazırdırmı?

"Ölkə.Az" xəbər verir ki, Bakı Meriyasından bildirilib ki, Bakı şəhərinin bütün rayonlarında təsdiq edilmiş tədbirlər planlarına uyğun payız-qış mövsümünə hazırlıq tədbirləri görülüb.

"Bakı şəhər və rayon kommunal xidmətlərinin xüsusi təyinatlı texnikaları hazır vəziyyətə gətirilib və şəhər üzrə müxtəlif yerlərdə kifayət qədər duz və lazımi invertar ehtiyatı yaradılıb.

Xüsusi rejimdə kommunal texnikaların və kommunal xidmət işçilərinin iş qrafikləri müəyyənləşdirilib. Qar yağan vaxtlarda bütün xidmətlər xüsusi rejimdə işləyəcəklər.

Şəhər İcra Hakimiyyətində fəaliyyət göstərən xüsusi qərargah şaxtalı və qarlı günlərdə paytaxtdakı bütün kommunal qurumların və xıdmətlərin işini əlaqələndirəcəkdir. BŞİH tərəfindən rayonlardakı qurumlar arasında konkret vəzifə bölgüsü müəyyənləşdirilib, cavabdeh şəxslərə tapşırıqlar verilib", - Bakı meriyasından bildirilib.