USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ukrayna İlham Əliyevin sözləriylə Rusiyaya gözdağı verdi

25.02.2021 İqtisadiyyat
0 0
Ukrayna Təhlükəsizlik Xidməti (SBU) Kiyevdə "Qarabağ Azərbaycandır” sözünün oxşarı olan "Krım Ukraynadır" yazılı bir lövhə yerləşdirib.

"Kommersant.az" xəbər verir ki, lövhə Rusiya səfirliyinin qabağında asılıb. SBU mətbuat xidməti bu banerin fotosunu istehzalı bir şərh ilə Telegram kanalında da yayıb: "Sadəcə bir şəkil, sadəcə Kiyevdəki Rusiya səfirliyi, sadəcə bir həqiqətin ifadəsi: Krım Ukraynadır".

Bundan əvvəl Ukrayna Ali Radası BMT, Avropa Parlamenti, eləcə də ATƏT, NATO və digər beynəlxalq strukturları Rusiyaya qarşı təzyiqləri artırmağa çağırıb.

Bundan əlavə, həmin çağırışda beynəlxalq təşkilatlardan Krımı və Sevastopolu Ukrayna ərazisi olaraq görməyə davam etmələri tələb edilib.

  • Əvvəlki

    Dollarla bağlı nə baş verir? - Elektron bank köçürmələri xidməti sıradan çıxdı

Digər xəbərlər