USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

AMB iki kredit ittifaqına məcburi göstəriş verdi

15.12.2025 Bank
0 0
Azərbaycan Mərkəzi Bankı tərəfindən aparılan nəzarət tədbirləri çərçivəsində “Stimul” Kredit İttifaqı MMC və “Total Finans Kredit İttifaqı” MMC barəsində icrası məcburi olan göstərişlər verilib.

Kommersant.az xəbər verir ki, bu barədə AMB məlumat verir.

Belə ki, hər iki kredit ittifaqı tərəfindən 2025-ci ilin III rübünə hesabatlar təqdim edilmədiyindən, “Kredit ittifaqlarının prudensial tənzimlənməsi Qaydaları”nın 10.3-cü bəndinin tələbi təmin olunmayıb. Bu əsasla, “Kredit ittifaqına bank əməliyyatının həyata keçirilməsi üçün lisenziya verilməsi Qaydası”nın 4.4.4-cü yarımbəndinin tələbləri rəhbər tutulmaqla Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən sözügedən kredit ittifaqlarına hesabatların təxirəsalınmadan və növbəti dövrlərdə vaxtında təqdim edilməsi ilə bağlı icrası məcburi olan göstərişlər verilib.