USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Emin Ağalarov Xəzərin sahilində yeni obyektlər tikir - FOTO

25.02.2021 İqtisadiyyat
0 0
Azərbaycanın Xalq artisti Emin Ağalarov Xəzər dənizinin sahilində yeni obyekt inşa edir.

"Kommersant.az" xəbər verir ki, bu barədə məlumatı Emin Ağalarov sosial şəbəkə hesabından paylaşıb.

Xalq artisti qeyd edib ki, "Sea Breeze" yaşayış və istirahət kompleksinin ərazisində yeni layihələrin icrasına başlayıblar.

Qeyd edək ki, "Sea Breeze" yaşayış və istirahət kompleksi Nardaranda, Xəzər dənizinin sahilində yerləşir. Rusiyanın "Crocus Group" şirkəti tərəfindən inşa olunan "Sea Breeze" yaşayış və istirahət kompleksinə villalar, mənzillər, otellər, həmçinin istirahət və əyləncə obyektləri daxildir.