USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Nar" məktəblilər üçün "Oxu Saatı" layihəsinə start verir

23.04.2021 İqtisadiyyat
0 0
Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə “Nar” və Bakı Kitab Mərkəzinin birgə təşkilatçılığı və Təhsil Nazirliyinin dəstəyi ilə məktəblilər üçün “Oxu saatı” layihəsinə start verilir.

Şirkətdən verilən məlumata görə, layihənin əsas məqsədi pandemiya dövründə məktəblilərin maarifləndirilməsi və mütaliə vərdişlərini inkişaf etdirərək səmərəli vaxt keçirmələrinə dəstək olmaqdır. Layihə çərçivəsində Azərbaycanın ədəbiyyat və incəsənət sahəsinin tanınmış simaları uşaqlar üçün “Zoom” platforması üzərindən müxtəlif bədii əsərlərdən parçalar səsləndirəcəklər.

“Oxu Saatı”nın ilk qonağı xalq yazıçısı Çingiz Abdullayev mütaliənin əhəmiyyətindən, gənclərin dünyagörüşünün inkişafında kitabın rolundan danışacaq, eyni zamanda sevimli kitablarını dinləyicilərlə paylaşacaq. 24 aprel saat 12:00-da baş tutacaq onlayn görüşə qoşulmaq üçün bu keçidə daxil ola, “Nar”ın rəsmi FacebookYouTube kanallarında yayımı canlı şəkildə izləyə bilərsiniz.

Qeyd edək ki, 24 aprel tarixindən başlayaraq 1 ay boyunca davam edəcək “Oxu saatı”nda Çingiz Abdullayevlə yanaşı, hər həftənin şənbə günü Zülfiyyə Xanbabayeva, Nərgiz Cəlilova, Ceyhun Əli kimi qiraətçiləri də dinləmək mümkündür. Cədvəl və oxunacaq kitablar haqqında məlumat “Nar”ın rəsmi “Facebook” və “İnstagram” səhifələrində mütəmadi olaraq paylaşılacaq.

“Nar”ın elm və təhsilin inkişafına yönəlik sosial layihələri haqqında ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.

  • Əvvəlki

    “AccessBank” birinci rüb ərzində kredit portfelini 18 milyon artırıb

Digər xəbərlər

25.04.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
25.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0