USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Goldenpay”ın yaradıcısı şirkətdəki payını satdı - TƏFƏRRÜAT AÇIQLANDI

27.04.2021 İqtisadiyyat
0 0
Azərbaycanın onlayn ödəmələr bazarında ən böyük şirkət olan "Goldenpay"ın yaradıcısı, məşhur iş adamı Fərid İsmayılzadə kommersiya qurumundakı 20%-lik payını satıb.

"Kommersant.az" xəbər verir ki, bu barədəməlumat verən F.İsmaylzadə, bu gün Azərbaycandakı iş həyatı ilə bağlı önəmli bir elanın vaxtının gəlib çatdığını diqqətə çatdırıb.

“Məsələyə yaxın olanlar bilir ki, son illərdə “GoldenPay” şirkətinin gündəlik biznes fəaliyyətində mənim çox bir rolum yox idi və tamamilə ABŞ-dakı işlərimə fokuslanmışdım. Bu müddətdə “GoldenPay”də mənə məxsus səhm payını almaq istəyən müxtəlif yerli və xarici sahibkarlardan, şirkətlərdən və maliyyə qurumlarından mənə dəfələrlə təkliflər gəlirdi” – deyə o, qeyd edib.

Amerikada olduğu üçün bu təkliflərə çox da vaxt ayıra bilmədiyini deyən F.İsmayılzadə, həm də şirkətdən tam ayrılmağın emosional baxımdan asan olmadığını qeyd edib:

“Uzun danışıqlardan sonra məni qane edən təklifi qəbul edib, səhm payımı satmağa razılıq verdim. Bir müddət öncə imzalanmış müqavilələrə əsasən bütün müvafiq işlər artıq tamamlanıb. Beləliklə, “GoldenPay” şirkətindən (və sahibi olduğu Hesab.az platformasından) tam ayrıldım. Bu həm də şirkətin Müşahidə Şurasından çıxmağım deməkdir. Satış məbləğini, şərtləri və alıcını kommersiya sirri olduğu üçün elan edə bilmirəm”.

Lakin, səhm payının etibarlı əllərə keçdiyini söyləyən şirkət sahibi, şirkətin gələcək inkişafında və böyüməsində növbəti səhifənin açılacağına əmin olduğunu dilə gətirib:

“Bilirsiniz ki, “GoldenPay” (hesab.az) mənim üçün bir övlad kimi idi və ondan ayrılmaq emosional olaraq asan deyildi. Lakin, artıq Amerikada yaşadığıma və “Technovate” layihələrinə fokus olmalı olduğuma görə, həm də resurslarımı yeni layihələrə yönəldə biləcəyimi nəzərə alaraq bunu etdim. GoldenPay-in mənə verdiyi təkcə maddi aktivlər olmayıb, bundan dəfələrlə önəmli qeyri-maddi aktivlər qazanmışam. Məhz onun verdiyi təcrübə ilə Amerikada Technovate layihələrimi daha əmin addımlarla irəliyə aparıram”.

Şirkət rəhbəri, sonda Bu 14 ildə “GoldenPay”də işləmiş və işləyən, ona dəstək olmuş dostlara və qurumlara (tərəfdaşlara, banklara, prosesinq mərkəzlərinə, merçantlara və s.) və ən çox da onun xidmətindən istifadə etmiş hər kəsə təşəkkürünü bildirib:

“İndi məni Technovate olaraq Amerikada dünya üçün yeni layihələr edərkən izləyə bilərsiniz. Yeni və köhnə səhmdarlara, məni Müşahidə Şurasında əvəz edən dostum Orxana və bu postu oxuyan hər kəsə uğurlar arzu edirəm və bir daha təşəkkürlər!”.

  • Əvvəlki

    Həbslər heç nəyi dəyişmir: İH inistitutu kökündən ləğv edilməlidir - ŞƏRH

Digər xəbərlər

17.05.2024 İqtisadiyyat
Ödəmə sistemləri dəyişir
0 0
16.05.2024 İqtisadiyyat
Honda 10 trilyon yen investisiya edəcək
0 0