USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rusiya buğdanın ixrac rüsumunu artırır

11.06.2021 İqtisadiyyat
0 0
İyunun 17-dən etibarən Rusiya buğdasının ixrac rüsumu 1 tonu üçün 33,3 ABŞ dollarına artırılacaq. Əvvəllər rüsum 29,4 dollar təşkil edirdi.

"Kommersant.az" "APA-Economics"ə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Kənd Təsərrüfatı Nazirliyinin məlumatında deyilir.

Arpa üzrə rüsum dəyişməz qalacaq – 39,6 dollar. Qarğıdalı rüsumu ton üçün 50 dollardan 48,2 dollara qədər azaldılıb. Yeni rüsum dərəcələri 22 iyun tarixinədək tətbiq edilib.

Buğdan rüsumu ixrac qiyməti ilə 200 dollar arasındakı fərqin 70%-ni təşkil edir. Eyni formul arpa və qarğıdalı üçün də tətbiq olunur, lakin baza qiyməti ton üçün 185 dollar götürülür.

Rusiyada taxıl ixracında üzən rüsum mexanizmi aprel ayından etibarən tətbiq olunur.

  • Əvvəlki

    Şənbə gününün hava proqnozu açıqlandı

Digər xəbərlər

18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0