USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Avropada qaz 5 % ucuzlaşıb

23.05.2022 İqtisadiyyat
0 0
Avropada təbii qazın birja qiymətləri apreldən bəri ilk dəfə 5% düşərək 1000 kubmetr üçün 950 ABŞ dollarından aşağı olub.

Sonuncu dəfə 950 dollara qədər ucuzlaşma aprelin 19-da qeydə alınıb. Həmin vaxt qazın ən aşağı qiyməti 949,2 dollar olub.

Qeyd edək ki, bu il Avropada təbii qazın qiyməti Ukraynada hərbi əməliyyatların başlamasından sonra kəskin artıb. Fevralın 23-də təbii qaz fyuçerslərinin təxmini qiyməti 1000 kubmetr üçün 1038,6 dollar idisə, fevralın 24-də “mavi yanacağ”ın qiyməti demək olar, 50% artaraq 1555,5 dollara yüksəlib.

  • Əvvəlki

    Azərbaycanda mobil qanunvericilik tətbiqi istifadəyə veriləcək

Digər xəbərlər