USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ülvi Quliyevə məxsus şirkət cərimələndi

26.07.2022 İqtisadiyyat
0 0
"Loğman Farm" MMC-yə cərimə protokolu yazılıb.

Şirkətin barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 347-ci (Nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi) maddəsi ilə inzibati protokollar tərtib edilib.

Daha sonra protokol baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.

İddia hakim Vüsal Qurbanovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası avqustun 2-nə təyin edilib.

Qeyd: Şirkətin deputat Ülvi Quliyevə məxsus olduğu bildirilir.

Pravda