Bununla bağlı qərar Gürcüstan-Aİ Assosiasiya Şurasında qəbul olunub.
Aİ ölkələrində elan olunacaq tenderlərdə iştirak Gürcüstanla Aİ arasındakı ticarət sazişində nəzərdə tutulub. Bu vaxta qədər Gürcüstanın dövlət satınalmalarında iştirak hüququ ilə bağlı məhdudiyyətləri olub.
Gürcüstanın Dövlət Satınalmaları üzrə Agentliyinin məlumatına əsasən, Aİ üzrə hər il 250 minə yaxın dövlət subyekti təqribən 2 trilyon avro məbləğində məhsul və xidmət alır. Ən iri tədarükçülər Almaniya, Fransa, İtaliya, Niderland və İspaniyadır.
Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Levan Davitaşvili bildirib ki, qərar ölkədə fəaliyyət göstərən şirkətlər üçün yeni stimul olacaq: “Bu, eyni zamanda Gürcüstanın Avropanın iqtisadi məkanına inteqrasiyası baxımından irəli atılmış mühüm addımdır”.
report
Digər xəbərlər
İspaniya neft qiymətlərinin artmasına cavab olaraq 11,5 milyon barel neft buraxacaq
"AFB Bankın" keçmiş vəzifəlisi həbs edildi - Tale Heydərovun 1 milyonunu ələ keçirib
Asiya İnkişaf Bankı Azərbaycan iqtisadiyyatına ötən il 7 milyon dollardan çox investisiya yatırıb
Azərbaycanın xalis xarici maliyyə aktivləri 5.4 milyard ABŞ dolları artıb



.jpg)




.jpg)
.png)















.jpg)









































