USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Türkiyə 1 milyon ton pambıq istehsal edəcəyini gözləyir

02.07.2018 İqtisadiyyat
0 0
Türkiyə əkin sahələrinin artması sayəsində bu il 1 milyon ton pambılq yığacağını gözləyir.

"Kommersant" xəbər verir ki, Milli Pambıq Şurasının sədri Barış Kocagöz, pambıq əkin sahələrinə dair hökumət tərəfindən aparılan düzgün siyasət sayəsində son 5 ildə pambıq istehsalında artım yarandığını deyib.

Ölkə daxilində pambıq əkin sahələrinin artdığını dilə gətirən Kocagöz, ötən mövsüm 462 min hektardan 840 min ton pambıq istehsal edildiyini, bu mövsüm üçün də təxminən 530 min hektar sahədən 1 milyon ton pambıq istehsalının həyata keçirilməsini gözlədiklərini qeyd edib.

Kocagöz, "Pambıq əkilmiş sahələr 2001-2002 mövsümündə 721 min hektara qədər yüksəlmişdi və 1 milyon ton pambıq istehsal etmişdik. Bu il isə 530 min hektarla eyni rəqəmə nail olacağımızı düşünürük. Çünki 2002-dən bu yana uğurumuz çox artıb. Türk istehsalçısı, pambıq istehsalında çox uğurlu, rəqabətə davamlı, GMO-suz toxumlarla pambıq istehsal etməsinə baxmayaraq Avstraliyadan sonra dünyada məhsuldarlıq baxımından ikinci yerdədir",- deyib.

Kocagöz bildirib ki, Türkiyənin tekstil sektorunun pambıq istehlakı 1 milyon 650 min tondur: "Bizim proqnozumuza görə, 5 il ərzində tekstilin bu ehtiyacı 2 milyon tona yaxınlaşacaq. Bu səbəbdən sürətimizi azaltmadan istehsalı artırmaqda davam etməyimiz lazımdır. Çünki bizim pambıq istehsal etməyə ehtiyacımız var".

Kocagöz, pambığın əlavə dəyəri ən yüksək kənd təsərrüfatı məhsullarından olduğunu qeyd edib.

Mövsüm

Əkin sahəsi (Min hektar)

İstehsal miqdarı

2014-2015

460

720 min ton

2015-2016

434

640 min ton

2016-2017

420

703 min ton

2017-2018

462

840 min ton

2018-2019

530

1 milyon ton (təxmin)

  • Əvvəlki

    Azərbaycanın sifariş etdiyi yük təyyarələrinin istehsalı ləngiyir

Digər xəbərlər