USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda mövsimi vergilərin tətbiq olunması təklif edilir

19.09.2022 İqtisadiyyat
0 0
Azərbaycanda mövsimi vergilərin tətbiq olunması təklif edilir.

Bu təkliflə parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputat İqbal Məmmədov çıxış edib.

O bildirib ki, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik edilməlidir:

“Bununla bağlı bizə kifayət qədər məktublar daxil olur. Rayonlarda elə vergilər var ki, onlar mövsümlə bağlıdır. Ona görə də bu məsələnin iş planına daxil edilməsini təklif edirəm”.