USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Sinoptiklər Sevindirdiİ: Sabahdan hava sərinləşəcək

04.07.2018 İqtisadiyyat
0 0
İyulun əvvəlindən ölkə ərazisində müşahidə edilən anomal istilərdən sonra iyulun 5-i günün ikinci yarısından başlayaraq, hava şəraiti dəyişəcək.

"Kommersant" xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İctimai təşkilatlarla iş, ekoloji maarifləndirmə və elm sektorunun müdiri Umayra Tağıyeva Trend-ə deyib.

Onun sözlərinə görə, iyulun 5-i günün ikinci yarısından başlayaraq, havanın temperaturu tədricən enəcək. İyulun 6, 7 və 8-də havanın temperaturu iqlim normasına yaxınlaşacaq. Hava küləkli olacaq, arabir isə güclənən şimal və şimal-qərb küləyi əsəcək.

U.Tağıyeva qeyd edib ki, iyulun 6, 7 və 8-də Abşeron yarımadasında havanın temperaturu 32-37 dərəcə arasında dəyişəcək.

Nazirlik rəsmisi onu da əlavə edib ki, yay fəsli boyunca anomal istilər yenə də müşahidə ediləcək.

Xatırladaq ki, iyulun əvvəllərində Bakıda və Abşeron yarımadasında 40-43 dərəcə isti qeydə alınlb. Bu isə Bakıda və Abşeron yarımadasında bütün instrumental müşahidə dövrü ərzində (120 il) rekord temperatur göstəricisi olub.

  • Əvvəlki

    Prezident Administrasiyası ölkədə yaranmış vəziyyətlə bağlı məlumat yaydı

Digər xəbərlər