USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu avtobusların hərəkət sxemi dəyişdirilib

17.11.2022 İqtisadiyyat
0 0
Paytaxtın Xaqani küçəsi ilə Puşkin küçəsinin kəsişməsində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub.

Bakı Nəqliyyat Agentliyindən (BNA) verilən məlumata görə, məhdudiyyətin tətbiq olunması ərazidə aparılan təmir işləri ilə əlaqədardır.

Bu səbəbdən həmin ərazidən keçən 1, 2, 4, 46 nömrəli müntəzəm və H1 ekspres marşrut xətləri üzrə avtobusların hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilib. Avtobuslar Üzeyir Hacıbəyov küçəsi istiqamətində alternativ yollarla hərəkət edirlər.