USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ən xoşbəxt peşə sahibləri - SİYAHI

06.07.2018 İqtisadiyyat
0 0
İnsan gününün böyük hissəsini işdə keçirir. Buna görə də hər kəs özünü xoşbəxt hiss etdiyi peşə üzrə çalışmalıdır.

"Kommersant" xəbər verir ki, insanın həyat standartlarının müəyyən edilməsində böyük payı olan iş yeri düzgün seçilərsə, bu, birbaşa xoşbəxtlik meyarına da təsir edə bilər. Təqdim edəcəyimiz siyahıda sizə ən xoşbəxt peşə sahiblərinin siyahısını açıqlayacağıq.

İlk yerdə "personal assistant", yəni "şəxsi köməkçi" işi gəlir. Yeni yaranan və sahibləri tərəfindən sevilən yüksək gəlirli bu iş haqqında təəssüratlar müsbətdir.

Elm adamları – daim yeni işlər üzərində çalışan və maddi-mənəvi olaraq özlərini işlərinə həsr edən bu insanlar sahələrindən çox razıdırlar.

Təcrübəçi həkim – çətin amma insanlar tərəfindən yaxşı qiymətləndirilən növbəti peşədir.

Bağban – gəliri çox olmayan bu sahə psixoloji baxımdan insanları xoşbəxt edən peşədir.

Aşpaz – yemək bişirmək xüsusi sevgi tələb etdiyindən bu işlə məşğul olanlar da sənətini sevərək seçənlərdir. Chicago Universitetinin tədqiqatına əsasən, bu sənətin sahibləri də həyatlarından çox razıdırlar.

Qrafiz dizaynerlər - ən yaradıcı peşələrdən sayılan dizaynerlər də elə sırf yaradıcılıqlarına, daim yeniliklər üzərində düşündüklərinə görə özlərini xoşbəxt hiss edirlər.

  • Əvvəlki

    Elmar Vəliyevi güllələyən Yunis Səfərov danışdı - VİDEO

Digər xəbərlər