USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ABŞ və Çin savaşının - Riskləri Açıqlandı

07.07.2018 İqtisadiyyat
0 0
“S&P” Beynəlxalq Qlobal Reytinq agentliyi ABŞ və Çin savaşının risklərini açıqlayıb.

"Kommersant" xəbər verir ki, beynəlxalq agentlikdən verilən açıqlamaya görə, bu savaş dünya iqtisadiyyatı üçün dördüncü dərəcəli təhlükə kimi qiymətləndirilir. ABŞ-ın 34 milyard dollarlıq ixracat məhsuluna tətbiq etdiyi 25%-lik vergi rüsumu bütün dünyaya təsir edəcək qərardı. Hansı ki, tətbiqinə 2 həftə vaxt qalıb.

"S&P"-dən o da əlavə edilib ki, qərar qüvvəyə mindikdən sonra belə yaxın zamanda dünya iqtisadiyyatında hər hansı geriləmə hiss olunmayacaq. Belə ki, savaşın nəticələri təxminən 1 il müddətində özünü göstərəcək. Bu nəticələr isə istehsal zəncirlərinin sabitləşməsi, sahibkarlıq və istehlakçı güvəninə vurulacaq zərbə, investisiya və iqtisadi inkişafa mane ola biləcək iqtisadi tənəzzül prosesləri kimi qiymətləndirilir.

  • Əvvəlki

    Nazirlik: Yardımlıda meşədə başlayan yanğın məhdudlaşdırılıb

Digər xəbərlər