USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Olimpiya Stadionundan Bayraq meydanınadək tramvay xətti - "QƏRARI GÖZLƏYİRİK"

09.07.2018 İqtisadiyyat
0 0
Fransanın “Alstom” dəmiryol nəqliyyatı şirkəti Bakıda tramvay xətlərinin bərpası layihəsinin reallaşdırılması ilə bağlı Azərbaycan tərəfinin qərarını gözləyir.

"Kommersant" Trend-ə istinadən bildirir ki, bunu şirkətin Qərbi və Mərkəzi Asiya üzrə idarəedici direktoru Bernard Pell deyib.

B.Pell bildirib ki, bir neçə il əvvəl Bakıda tramvay xətlərinin bərpa olunması ilə bağlı təklif irəli sürüblər:

"Lakin paytaxtda Formula-1 yarışlarının keçirilməsi ilə əlaqədar planları və tramvay xəttinin profilini dəyişməli olduq".

Direktorun sözlərinə görə, layihə Bakı Olimpiya Stadionundan "Port Baku"ya kimi, oradan isə Bayraq meydanınadək tramvay xəttinin çəkilməsini nəzərdə tutur.

B.Pell əlavə edib ki, yeni tramvaylar nəqliyyat vasitəsi kimi bir çox üstünlüyə malikdir:

"Yeni tramvaylar ekoloji cəhətdən təmizdir və zərərli tullantılar buraxmır. Tramvaylar demək olar ki, əhalisi 200 mindən çox olan bütün Avropa şəhərlərində var. Bir sözlə onlar çox səmərəli işləyir".

  • Əvvəlki

    27 yaşında şirkət qurdu, 32 yaşında Amazon-a satdı

Digər xəbərlər

29.03.2024 İqtisadiyyat
Neftimiz bahalaşdı
0 0
29.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0