USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İraq Mərkəzi Bankının rəhbəri istefaya göndərilib

23.01.2023 İqtisadiyyat
7 1
İraqın Baş naziri Məhəmməd Şia əs-Sudani İraqın Mərkəzi Bankının rəhbəri Mustafa Qalib Mukxifi istefaya göndərib.

Məlumatı İraq KİV-i yayıb.

Bildirilib ki, buna ölkənin milli valyutası olan dinarın kursunun aşağı düşməsi səbəb olub. Məlumata görə, Mərkəzi Bankın rəhbəri vəzifəsinə yenidən Möhsün əl-Alak təyin edilib.

Qeyd edək ki, Möhsün əl-Alak daha əvvəl ötən il bu vəzifədə çalışıb.

Hazırda İraqda bir dollar 1 620 dinardır. Yeni rəhbərə milli valyutanın kursunu sabitləşdirmək tapşırılıb.

Xatırladaq ki, İraq Mərkəzi Bankının adı İrana dollar ötürməkdə də hallanır.

report