USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İctimai Nəqliyyatdakı qiymət artımının xarici ölkələrlə müqayisəsi - VİDEO

06.02.2023 İqtisadiyyat
0 0
Bu gün ictimai nəqliyyatdakı qiymət artımından danışacağıq. Daha dəqiq desək, söhbət 0,30 AZN-dən 0,40 AZN-ə qalxan artımdan gedir.

Bəli, bu artım gözləniləndi. Çünki inflyasiya nəzərə alınmalıdır. Sadəcə bəzi nüanslar gözardı edilməməli idi. Çünki əhalinin hər fərdi dövlət tərəfindən avtomobillə təmin olunmayıb və onlara sürücü verilməyib.

Tarif şurasının verdiyi yuvarlaq qiymət artımını başa düşmək olar. Çünki onlar bu gün - sabah çıxıb deyəcək ki, “Azərbaycanda onsuz da hər kəs 1 manatlıq taksilərdən istifadə edirdi”. Amma 30 qəpikdən 40 qəpiyə qalxan yuvarlaq bahalaşma 33.3% artım deməkdir. Minimal əmək haqqı 300 manatdan 345 manata yüksəlib. Bu artımın nisbəti isə 15% edir. İctimai nəqliyyat minimal əmək haqqı ilə müqayisədə 2 dəfədən çox bahalaşıb.

Artım onunla əsaslandırılır ki, ən ucuz ictimai nəqliyyat bizdədir. Bəli, Gürcüstanda ictimai nəqliyyatın qiyməti 0.2 ABŞ dollarıdır. Bizdə isə 0.23 ABŞ dollarıdır. Gürcüstanda minimal əmək haqqı 700 lari təşkil edir. Yəni, 450 manat 24 qəpik. Əhali isə bu məbləğin 50 tetrini yəni, 32 qəpiyini ictimai nəqliyyata xərcləyir. Üstəlik, 2-ci və 3-cü gedişi də pulsuz əldə edir. Bu hesabla 1 gediş heç 11 qəpiyə də düşmür. Bunların arasında tələbələr 20 tetri, yəni 12 qəpik ödəyir. 2-ci və 3-cü gedişləri də pulsuz olur. Pensiya yaşına çatmış şəxslər isə ictimai nəqliyyatdan təmamliə pulsuz istifadə edir. Hətta Gürcüstanda 48 lari yəni 30 manat ödəməklə ictimai nəqliyyatdan 1 aylıq limitsiz istifadə edə bilirlər.

Bu kimi müqayisələri etmək bizə də ağırdır, amma reallıq budur. Bizdə təqaüdçü, tələbə, uşağa baxılmır. Kim olursansa ol, o 40 qəpiyi ödəməlisən.

Türkiyənin adını çəkəndə deyirlər ki, “Türkiyənin iqtisadiyyatı bizdən daha böyükdür”. Bəli, böyükdür. Amma onlarda minimal əmək haqqı 5.500 (496,6 manatdan) türk lirasından 8.506 liraya (768 manata) yüksəldi. Yəni, 54.6% artımdan söhbət gedir. Düzdür, şəhərlərə görə ictimai nəqliyyatın qiyməti Türkiyədə dəyişir. İzmir şəhərində gediş haqqı 6.50 TL-dən 8.78 TL-ə yüksəlib. Yəni, ictimai nəqliyyatın qiyməti 32% artıb. Arada 22.6% fərq var.

Tələbəyə, yaşlıya güzəşt tətbiq etmirik. İctimai nəqliyyatdakı 2-ci və 3-cü gedişi də pulsuz vermirik. Heç olmasa artım edəndə elə etmək lazımdır ki, minimal əmək haqqının 15%-lik artımını ötməsin.

Onu da qeyd edək ki, Azərbaycanda ictimai nəqliyyat güclü inkişaf etməyib. Bakı Dövlət Universitetinə yeraltı keçid çəkilib, amma yenə də tələbələr Elmlər Akademiyası metro stansiyasından istifadə edir. Eynilə Azərbaycan Texniki Universiteti, Memarlıq və İnşaat Universitetlərində olduğu kimi. Türkiyədə Universitetin həyətinə birbaşa metro stansiyası çəkilib. Onlarda hava limanına da metro gedir amma bu kimi məsələlər hələ ki, bizə uzaqdır. Hələ biz gəmini nəqliyyat vasitəsinə çevirə bilməmişik ki, Xırdalana, Sumqayıta gəmiylə gedək. Halbuki açmaq lazımdır, inkişaf etmək lazımdır.

Azərbaycanda ana yola çıxmaq lazımdır ki, avtobuslardan istifadə edə biləsən. Amma digər ölkələrdə ana yollardan savayı ara məhlələrdən də avtobuslar hərəkət edir. Əhali məhəlləsində dayanaraq avtobus gözləyir, amma bizim heç məhəllələrimiz də ona imkan vermir. Axı biz neft ölkəsiyik. Bəli, biz neft ölkəsiyik. Biz 2022-ci ildə neftdən nə az nə çox 35.1 milyard dollar qazanc əldə etmişik. Bəs bizim dərdimiz tək ictimai nəqliyyatdır? - Xeyr. Necə deyərlər, "Bakının dərdi var, Bakı xəstədir".

Türkiyə və Gürcüstanla müqayisə etdik. İndi gəlin üçüncü dünya ölkələri ilə müqayisə edək ki, bizdə ictimai nəqliyyat onlara görə daha ucuzdur? İnkişaf etmək lazımdır.

Azərbaycanda pensiyaçılar 280 manat pensiya alacaq. Gürcüstanda da Türkiyədə də minimal əmək haqqı bizim ölkəmizə görə yüksəkdir, amma bəzi xidmətlər Azərbaycana görə daha aşağıdır. Diqqət edirsinizsə, sosial şəbəkələrdə əhali Gürcüstan hava limanından istifadə etdiyinə dair məlumatlar paylaşır. Niyə? Çünki, qiymətlər Azərbaycana görə daha ucuzdur. Türkiyədə isə dərmanların qiyməti bizə görə çox ucuzdur.

  • Əvvəlki

    Türkiyədə zəlzələ nəticəsində ən azı 76 nəfər ölüb, 440 nəfər yaralanıb

Digər xəbərlər

11.10.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
10.10.2024 İqtisadiyyat
Saxta məhsullara yeniləri əlavə edilib
0 0