Aİ-nin Rusiya Federasiyasına qarşı yeni sanksiyaları silah sistemlərində istifadə olunan “yüksək texnologiyalı məhsulların” ixracına qadağa qoyulmasını nəzərdə tutur.
Onun sözlərinə görə, siyahıdakı illik dəyəri 11 milyard avrodan çox olan ixrac məhsullarının əsas məqsədi “Rusiya silah sistemlərində istifadə oluna bilən yüksək texnologiyalı malların satışını dayandırmaq” olacaq. Məlumata görə, söhbət elektronika, lazer, radiotexnika, proqram təminatı, avionika, dəniz kameralarından gedir.