USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İspaniyada inflyasiya fevralda 6,1 faizə yüksəlib

01.03.2023 İqtisadiyyat
12 5
İspaniya Milli Statistika İnstitutu (INE) fevral inflyasiyasını 6,1 faiz olaraq açıqlayıb.

INE-nin açıqladığı məlumatlara görə, 2022-ci ilin dekabrında yüzdə 5,7, 2023-cü ilin yanvarında yüzdə 5,9 olan inflyasiya fevral ayında yüzdə 6,1-ə yüksəlib. Ardıcıl ikinci dəfə inflyasiyanın artmasına səbəb olan əsas amillər elektrik enerjisi və ərzaq məhsullarının bahalaşması olub.

Emal edilməmiş qida və enerji məhsulları istisna olmaqla, baza inflyasiyası fevral ayında artmaqda davam edərək 7,7 faizə çatıb ki, bu da 1986-cı ildən bəri ən yüksək səviyyədir.

INE, bu gün açıqlanan məlumatların bir önizləmə olduğunu və son rəqəmlərin mart ayında açıqlanacağını açıqladı. Ekspertlər yüksək inflyasiya probleminin iqtisadiyyatda kök salması riskinin artdığını bildiriblər.

İspaniyada sol koalisiya hökuməti yanvarın 1-dən etibarən enerji böhranı ilə əlaqədar keçən il yanacağın litri üçün 20 sentlik endirimə son qoyub və əsas ərzaq məhsullarına ƏDV-ni ləğv edib.

  • Əvvəlki

    Tarif Şurasından yeni qərar

Digər xəbərlər

05.11.2024 İqtisadiyyat
Cənubi Koreyada inflyasiya yavaşlayıb
0 0
05.11.2024 İqtisadiyyat
Fransanın sənaye istehsalı azalıb
0 0
04.11.2024 İqtisadiyyat
Dünya bazarlarında neft bahalaşdı
0 0