USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakının Ukrayna dairəsində hərəkət məhdudlaşdırılacaq

10.07.2018 İqtisadiyyat
0 0
Bakının Xətai rayonunun Məhəmməd Hadi küçəsində aparılan təmir-tikinti işləri ilə əlaqədar bu gecə Ukrayna dairəsində hərəkət məhdudlaşdırılacaq

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən "Kommersant"a verilən məlumata görə, küçədə asfalt-beton örtüyünün yenilənməsi işlərinə start verilir.

Bununla əlaqədar olaraq, dairədən Gəncə prospekti, Neapol küçəsi və Məhəmməd Hadi küçəsinin "Əhmədli" metrostansiyası istiqamətində hərəkət qismən məhdudlaşdırılacaq.

Ukrayna dairəsində təmir işləri bir-neçə gün davam edəcək. Bu müddət ərzində dairədə hissə-hissə hərəkət müəyyən istiqamətlər üzrə məhdudlaşdırılacaq.

Sıxlığın yaranmaması üçün sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyə olunur.
Yaranan müvəqqəti narahatlığa görə Agentlik vətəndaşlardan üzr istəyir və aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.