USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Aİ ölkələri enerji istehlakını 11,7 faiz azaldacaq

10.03.2023 İqtisadiyyat
21 0
Avropa İttifaqı (Aİ) qurumları 2020-ci ildəki istehlak hədəfi ilə müqayisədə 2030-cu ilə qədər Birlik daxilində yekun enerji istehlakını 11,7 faiz azaltmağa razılaşıblar.

Avropa Şurası üzv dövlətlərlə Avropa Parlamenti (AP) arasında enerji səmərəliliyinin tənzimlənməsinə dair danışıqlarda razılıq əldə edildiyini bildirib.

Müvafiq olaraq, 2030-cu ilə qədər Aİ daxilində son enerji istehlakı yüzdə 11,7 faiz azalacaq. Yekun enerji istehlakı limiti üzv dövlətlər üçün kollektiv şəkildə məcburi olacaq. Üzv dövlətlərə hədəfə çatmaq üçün müəyyən çeviklik veriləcək.

Son enerji istehlakı üçün illik enerji qənaət hədəfi 2024-cü ildən 2030-cu ilə qədər tədricən artırılacaq.

Üzv ölkələr bu müddət ərzində son enerji istehlakında hər il orta hesabla 1,49 faiz qənaət edəcəklər. İllik qənaət dərəcəsi 2030-cu ilin sonuna qədər 1,9 faizə çatacaq.

Dövlət sektoru enerjiyə qənaətdə nümunəvi davranış nümayiş etdirəcək.

Aİ ölkələrində hər il dövlət qurumlarına məxsus binaların ümumi sahəsinin ən azı 3 faizi bərpa edilməli olacaq.

Yeni qaydaların qüvvəyə minməsi üçün AP və onun üzv dövlətləri onu rəsmən təsdiq etməlidir.

  • Əvvəlki

    “BankofBaku” ani likvidlik qəpi mənfi 25 milyon manatı ötüb

Digər xəbərlər