USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Sahibkarlığın inkişafındakı problem maliyyə məsələsi ilə bağlıdır - MİLLƏT VƏKİLİ

15.03.2023 İqtisadiyyat
15 0
“Ümumiyyətlə bu məsələnin bir neçə kökü var".

Bu sözləri Kommersant.az-a Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, deputat Rüfət Quliyev Azərbaycan sənayesində yerli istehsalatın zəifliyinin səbəbləri haqqında danışarkən deyib.

Deputat qeyd edib ki, son 4-5 ildə dövlətin siyasəti kiçik və orta sahibkarlığın inkişafı üçün tam şərait yaratmaqdan ibarətdir. Bununla bağlı xüsusi proqramlar qəbul edilir və həyata keçirilir:

“Məsələn, Avropa, Yaponiya, ABŞ-ın ümumdaxili məhsulunda kiçik və orta sahibkarlığın payı 55-65 faizə bərabərdir. Almaniya kimi ölkədə işləyən insanların 99 faizi kiçik və orta sahibkarlıq sferasında çalışırlar. Azərbaycan da bu sahədə dövlət proqramları qəbul edir. Ölkə iqtisadiyyatının gündən-günə artan inkişaf tempi kifayət qədər yüksəkdir”.

Rüfət Quliyev düşünür ki, bu sahədəki qlobal problem maliyyə məsələsi ilə bağlıdır:

"İqtisadiyyatın "qan dövranı" sistemi maliyyədir. Ona görə də bu əlçatan olmalıdır. Bütün dünyada 85 faizə qədər həyata keçirilən biznes planlar hamısı bank kreditlər hesabına reallaşır. Çox cüzi miqdarda sahibkar öz vəsaiti ilə nəyisə tam formada həyata keçirə bilir. Ola bilər tikintini başlayır, amma ilkin investisiyadan sonra banka müraciət edərək, kredit götürür”.

Həmin kreditlərlə bağlı danışan deputat qeyd edib ki, bura əsas problem faizlərinin çox yüksək olmasıdır:

"Kreditlərdə ən aşağı faiz 18-19, hətta 20-yə qədərdir. Doğrudur, Sahibkarlığın İnkişafına Yardım fondu var. Burdan sahibkarlar 5,5 faizlə krediti götürə bilərlər. Amma onun həcmi sahibkarları qane edirmi? Bax əsas sual burdadır. Düzdür, burda müxtəlif arqumentlər var. Məsələn, Mərkəzi Bankın arqumenti odur ki, depozitlərin faizi yüksəkdir. Başqa bir problem ondan ibarətdir ki, kreditlərin üzərinə Mərkəzi Bankın requlyator kimi faizi gəlir. Hamısını bir yerə cəmləşək, faizlər 19-a qədər gəlib çıxır. Bu barədə düşünmək, yeni planlar cızmaq lazımdır. İstehsal sahələrinin böyük maliyyə ehtiyacları var. Bu kreditlər 9-10 faiz civarında olsa, daha əlçatan olacaq. Və bu istehsal sahələrinin də artımına, hətta sosial problemlərin də həllinə, insanların yeni işlə təmin olunmasına gətirib çıxaracaq".

Deputat qeyd edib ki, bu problemlərin həllində öncə qida təhlükəsizliyi ilə əlaqədar planlar həyata keçirilməlidir:

“Bu, həm kənd təsərrüfatı mallarının çeşidini, kəmiyyətini, keyfiyyətini artırmağa, həm də bunu istehsal edən müəssələrin regionlarda açılmasına təkan verəcək".

Deputat sonda qeyd edib ki, dövlət proqramlarında bunların hamısı düşünülür, inkişaf mərhələləri qoyulur, addımlar atılır:

“Biz inkişafla, artımla razıyıq, onun artım tempi ilə razı deyilik. İstəyirik artım daha çox olsun".

  • Əvvəlki

    “Kontakt Home” müştəriləri belə - ALDADIR

Digər xəbərlər

23.04.2024 İqtisadiyyat
Tesladan endirim
0 0
23.04.2024 İqtisadiyyat
Neftimiz ucuzlaşıb
0 0