İndoneziyada Visa və Mastercard-dan imtina çağırışı

16.03.2023 İqtisadiyyat
7 14
İndoneziya Prezidenti Vidodo yerli hökuməti Visa və Mastercard-dan imtina etməyə çağırır.

İndoneziya prezidenti Coko Vidodo ölkənin regional administrasiyalarını Qərbin sanksiyaları fonunda Mastercard və Visa ödəniş kartlarından imtina etməyə çağırıb.

Vidodonun fikrincə, Mastercard və Visa-dan imtina əməliyyatları “mümkün geosiyasi nəticələrdən” qorumaq üçün lazımdır:

"Çox diqqətli olun. Biz ABŞ-ın Rusiyaya qarşı sanksiyalarını nəzərə almalıyıq. Visa və Mastercard gələcəkdə problem yarada bilər".

Qeyd edək ki, ötən günlərdə İndoneziya “Rusiyanın “Mir” ödəniş sisteminin kartlarından istifadə variantını da nəzərdən keçirməsi barədə məlumat paylaşmışdı.

  • Əvvəlki

    Türkiyədə xalça və maşın yumaq qadağan edildi - QURAQLIQ SƏBƏBİNDƏN

Digər xəbərlər

22.03.2023 İqtisadiyyat
Buğda qiymətləri geriləyib
14 12
22.03.2023 İqtisadiyyat
Neftimiz bahalaşıb
11 3