USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Buğda qiymətləri geriləyib

22.03.2023 İqtisadiyyat
14 12
Çikaqo birjasında satılan buğda fyuçers müqavilələri Qara dəniz taxıl dəhlizi sazişinin uzadılması və ABŞ-ın qış məhsulu bölgələrində hava şəraitinin yaxşılaşması ilə minimum səviyyədə geriləyib.

Soya azalıb, qarğıdalı isə hər hansı dəyişiklik göstərməyib.

Ukrayna və Rusiyanın Qara dəniz limanlarından taxıl ixracına imkan verən taxıl dəhlizi sazişi 180 günlük ilkin hədəf dövründən sonra 60 gün müddətilə təkrar uzadılıb.

Rusiya mayın 18-də razılaşmanın uzadılmasının Qərb dövlətlərinin tətbiq etdiyi bəzi sanksiyalardan asılı olduğunu açıqlayıb.

Çikaqo fond bazarında ən yüksək ticarət həcminə malik buğda fyuçers müqavilələri martın 13-dən bəri 6,74$/buşel və ya 247,7$/buşel ilə 0,7% azalaraq 6,78$/buşel və ya 249,1$/ton məbləğində olub.

Soya 0,2% ucuzlaşaraq 14,63 dollar/buşel və ya 537,6 dollar/tonda qərarlaşıb. Qarğıdalı isə 6,30 dollar/buşel və ya 248 dollar/ton səviyyəsində sabit qalıb.

Digər xəbərlər

19.03.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0