USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Trendyol” Azərbaycan bazarına daxil olur - Sazişin müsbət və mənfi tərəfləri

03.05.2023 İqtisadiyyat
15 29
“Sözsüz ki, “Trendyol” ilə bağlanan bu sazişin iqtisaiyyata həm mənfi, həm də müsbət təsirləri olacaq.

Kommersant.az xəbər verir ki, bunu İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri Eyyub Kərimli “Trendyol”un bu gündən Azərbaycan bazarında rəsmi olaraq fəaliyyətə başlaması haqqında danışarkən deyib.

İqtisadçı bildirib ki, “Trendyol” Türkiyənin tanınmış elektron ticarət platformalarından biridir. Onların öz açıqlamasına əsasən, hazırda Azərbaycan bazarı onların ən önəmli, ən çox satış etdiyi bazarlardandır.

Məsələnin ölkədaxili yüngül sənayə məhsulları ilə bağlı satış bazarına təsiri haqqında danışan iqtisadçı bildirib ki, bu sazişin həm müsbət, həm də mənfi cəhətləri var:

“Müsbət cəhət kimi yəqin ki, biz bəzi məhsulları ucuz əldə edəcəyik. Başqa müsbət cəhəti yerli sahibkarlar da istehsal etdiyi məhsulları “Trendyol” vasitəsi ilə daha tez digər bazarlara çıxarmaq imkanı əldə edəcək. Ümumiyyətlə düşünürəm ki, Azərbaycanın elektron satış platformasının genişlənməsinə, inkişafına böyük təsir göstərəcək.

Lakin onu da qeyd etmək lazımdır ki, bunun bəzi sahibkarlıq subyektinə də mənfi təsirləri olacaq. Bu da hesab edirəm ki, “Trendyol”da satılan məhsulları daha aşağı qiymətə əldə etməyimizlə bağlıdır. Bu sahədə sahibkarlıqla məşğul olan şəxslərin gəlirlərinin aşağı düşməsinə səbəb ola bilər. Ola bilər ki, bu sahibkarlar rəqabətdə qalib gəlməsin”.

Eyyub Kərimli onu da qeyd edib ki, “Trendyol” həm də rəqabətliliyi genişləndirəcək:

“Düşünürəm ki, bu həm də daşımacılıqla məşğul olan sahibkarların da gəlirlərinə təsir edəcək. Amma ümumi strateji anlamda götürsək, bu sazişin müsbət təsirlərinin olacağını görəcəyik”.

İqtisadçı əlavə olaraq bildirib ki, onların verdiyi açıqlamaya görə ərzaq və qida sənayesinə də bu sazişin təsirləri olacaq:
“”Trendyol “Azərbaycanda həm də qida və ərzaq məhsullarının satışını həyata keçirəcək. Bu da ölkəmizin ərzaq və qida sənayəsinə də müsbət təsir edə bilər”.

Qeyd edək ki, “Trendyol” “PAŞA Holdinq” arasında İstanbulda keçirilən TEKNOFEST çərçivəsində Azərbaycanda birgə fəaliyyətlə bağlı anlaşma imzalanıb. “Trendyol” bu gündən rəsmi olaraq Azərbaycanda fəaliyyətə başlayıb.

  • Əvvəlki

    Deputat tikinti şirkətlərinə meydan oxudu: “Silahımı yerə qoymayacağam…”

Digər xəbərlər

17.05.2024 İqtisadiyyat
Ödəmə sistemləri dəyişir
0 0
16.05.2024 İqtisadiyyat
Honda 10 trilyon yen investisiya edəcək
0 0