Azərbaycan Mərkəzi Bankı sığorta sektorunun korporativ idarə olunması üzrə yeni strategiya hazırlayır.
Kommersant.az xəbər verir ki, bunu bu gün Azərbaycan Mərkəzi Bankının (qısaca - AMB) idarə heyətinin sədri Taleh Kazımov uçot dərəcələrinin parametrlərindəki dəyişikliklərə həsr olunmuş mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu strategiya sığorta sektorunun idarə olunması və inkişafının yeni modelini nəzərdə tutur.