"Kommersant" "Report"a istinadən xəbər verir ki, "Ukrtransnafta" "Cənub" neft terminalının rezervuarlarında saxlanılan daha 5 min ton həcmində "Azeri Light" markalı xam nefti satıb. Bu barədə Ukrayna Enerji Birjasının bülletenində qeyd olunub.
Məlumata görə, xam neft "Privat" qrupa daxil olan şirkətlərdən biri tərəfindən Kremençuq Neft Emalı Zavodu (NEZ) üçün alınıb.