USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Türkiyənin neft idxalı yüzdə 7,27 artıb

31.05.2023 İqtisadiyyat
22 9
Türkiyənin cəmi neft və neft məhsulları idxalı mart ayında bir əvvəlki ilin eyni ayına görə yüzdə 7,27 artaraq 4 milyon 119 min 359 ton olub.

Enerji Bazarını Tənzimləmə Qurumunun (EPDK) 2023-cü ilin Mart ayı Neft Bazarı Sektoru Hesabatına görə, Türkiyənin ümumi neft idxalında ən böyük maddəni təşkil edən xam neft idxalı yüzdə 5,22 azalaraq 2 milyon 528 min 964 tona düşüb.

Bu dövrdə dizel növlərinin idxalı yüzdə 48,3 artaraq 1 milyon 145 min 25 ton olaraq qeydə alınıb. İdxalın qalan hissəsini mazut növləri, aviasiya və dəniz yanacaqları təşkil edib.

Beləliklə, cəmi idxal mart ayında bir əvvəlki ilin eyni ayına görə yüzdə 7,27 artaraq 4 milyon 119 min 359 ton oldu.

Xam neft və neft məhsullarının ən çox idxalı 1 milyon 843 min 87 ton ilə Rusiyadan, 843 min 763 ton ilə İraqdan və 576 min 816 ton ilə Qazaxıstandan edilib.

Digər tərəfdən, benzin növlərinin satışı mart ayında əvvəlki ilin eyni ayına görə yüzdə 45,25 artaraq 305 min 11 tona, dizel növlərinin satışı isə yüzdə 10,9 artaraq 2 milyon 90 min 238 tona çatıb.

Ümumi neft məhsullarının satışı isə 13,2% artaraq 2 milyon 539 min 42 ton olub.