USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ABŞ borc limiti qanun layihəsini təsdiqləyib

01.06.2023 İqtisadiyyat
33 9
ABŞ Konqresinin Nümayəndələr Palatası borc limitini artırmaqla ölkənin defoltunun qarşısını alacaq qanun layihəsini qəbul edib.

Kommersant.az xəbər verir ki, Federal borc tavanı tətbiqini 2025-ci ilə qədər təxirə salan qanun layihəsi Nümayəndələr Palatasından 117 əleyhinə 314 səslə keçib. 149 Respublikaçı və 165 Demokrat nümayəndəsinin səsi ilə qəbul edildi.

Respublikaçıların 71, Demokratların isə 46 nümayəndəsi əleyhinə səs verib, hər tərəfdən 2 nümayəndə bitərəf qalıb.

ABŞ prezidenti Co Bayden qanun layihəsi Nümayəndələr Palatasından keçdikdən sonra verdiyi yazılı açıqlamada, "Bu gecə Nümayəndələr Palatası ilk defoltun qarşısını almaq və ölkəmizin əziyyətlə qazanılan və tarixi iqtisadi bərpasını qorumaq üçün kritik bir addım atdı" deyib.

Sözügedən büdcə razılaşmasının hər iki tərəfin dəstəyini alan bir uzlaşma olduğunu ifadə edən Bayden, danışıqlar zamanı hər iki tərəfin istədikləri hər şeyi ala bilmədiyini qeyd edib.