USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Elon Musk dünyanın ən varlısı statusunu geri qaytardı

01.06.2023 İqtisadiyyat
20 7
ABŞ-lı iş adamı Elon Mask, Louis Vuitton brendinin də daxil olduğu lüks istehlak malları qrupu LVMH-nin prezidenti Bernard Arnault-a uduzduğu “dünyanın ən zəngin adamı” titulunu yenidən qazanıb.

Kommersant.az xəbər verir ki, Bloomberg Milyarderlər İndeksinin təqdim etdiyi "Dünyanın ən zəngin 500 adamı" siyahısında Twitter, Tesla və SpaceX-in sahibi Musk 192 milyard dollar təxmin edilən xalis sərvəti ilə siyahıya başçılıq edir.

Dünyanın ən varlı adamı olan Arno, aprel ayında reytinqdə 211 milyard dollarlıq sərvətlə Muskı geridə qoyub və LVHM şirkətinin səhmlərinin dəyər itirməsi səbəbindən sərvəti 187 milyard dollara qədər azalıb.

Bildirilir ki, LVMH-nin səhm dəyəri son bir ayda yüzdə 10 dəyər itirərkən, Arnaultun sərvəti buna uyğun olaraq bir gündə 11 milyard dollar azalıb.

  • Əvvəlki

    Mastercard Azərbaycan üzrə yeni ölkə meneceri təyin edib

Digər xəbərlər

29.03.2024 İqtisadiyyat
Neftimiz bahalaşdı
0 0
29.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0