USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan Avropa ölkələrinə dəniz məhsulları ixrac etməyə başlayacaq

08.06.2023 İqtisadiyyat
13 1
Yaxın zamanda Avropa İttifaqı (Aİ) bazarlarına dəniz məhsulları, xüsusən balıq ixracının başlanacağı gözlənilir.

Kommersant.az xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli "Heydər Əliyev və Azərbaycan sahibkarlığı" mövzusunda yerli şirkətlərin sərgisində deyib.

Onun sözlərinə görə, Azərbaycanın qida sektorundakı müəssisələri beynəlxalq standartlara uyğunluq üzərində çalışırlar ki, bu da öz növbəsində Azərbaycan məhsullarının ixracının artırılmasına səbəb olur.

"Hüquqi nöqteyi-nəzərdən ixrac prosedurlarının və xarici bazarlara çıxış üçün tələblərin sadələşdirilməsi üzrə işlər görülür", - o deyib.

Q.Təhməzli həmçinin Azərbaycanın heyvandarlıq məhsullarının ixracı sahəsində də irəliləyişə nail olduğunu qeyd edib.

"Yaxın zamanda Aİ bazarlarına dəniz məhsulları, xüsusən balıq ixracının başlanacağı gözlənilir", - o deyib.

Agentlik sədri kənd təsərrüfatı sahəsində agentlik və sahibkarların istehsal olunan məhsulların təhlükəsizliyi və ixracının təmin edilməsi istiqamətində çalışdığını əlavə edib.

  • Əvvəlki

    Aİ Rusiyaya qarşı 11-ci sanksiya paketi hazırlanır

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Dünya birjalarında neft neçəyə satılır?
0 0
28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0