Bu ilin altı ayında Azərbaycanda qeyri-neft sektoru 2% artıb

13.07.2018 İqtisadiyyat
2018-ci ilin yanvar-iyun aylarında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 37 mlrd. 9,1 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,3 faiz çox ümumi daxili məhsul istehsal edilib.

“Kommersant” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu dövrdə iqtisadiyyatın qeyri-neft sektorunda istehsal olunmuş əlavə dəyər 2 faiz, neft sektorunda isə 0,1 faiz artıb. Əlavə dəyərin 47,3 faizi sənayedə, 9,6 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 6,6 faizi tikinti, 6,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,5 faizi informasiya və rabitə, 13,2 faizi isə digər sahələrdə istehsal edilib.

Məhsula və idxala xalis vergilər ÜDM-in 8 faizini təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 3777,6 manata bərabər olub.

  • Əvvəlki

    İşləmək üçün dünyanın ən yaxşı ölkələri hansılardır? - SİYAHI

Digər xəbərlər

12.08.2022 İqtisadiyyat
Qazın qiyməti niyə bahalaşdı?
0 0
12.08.2022 İqtisadiyyat
Rayonlarda un qıtlığına səbəb nədir?
0 0
11.08.2022 İqtisadiyyat
Yeni xüsusi təyinatlılar and içdi
1 0