Türkiyə Mərkəzi Bankının (TCBM) Pul komitəsi Hafize Gaye Erkanın rəhbərliyi ilə növbəti dəfə uçot faiz dərəcəsi (bir həftəlik repo faizi) qərarını açıqlayıb.
Kommersant.az xəbər verir ki, TCMB uçot faiz dərəcəsini 15.0%-dən 17.5%-ə qədər qaldırıb.
TCMB-dan bildirilib ki, inflyasiya ilə bağlı göstəricilər və inflyasiyanın əsas tendensiyası yaxından izləniləcək və Komitə qiymət sabitliyi kimi əsas məqsədinə uyğun olaraq bütün alətlərdən qətiyyətlə istifadə etməyə davam edəcək.
Qeyd edək ki, TCMB-nin bu il iyunun 22-də keçirilmiş iclasında uçot dərəcəsini 8,5%-dən 15 %-ə kimi artırmışdı.