USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Neft qiymətləri ilə bağlı bütün diqqətlər OPEC+ toplantısındadır

30.11.2023 İqtisadiyyat
0 0
Neft qiymətləri OPEC+ qrupunun bu gün keçiriləcək iclası ərəfəsində yüksəlməyə doğru gedir. İclasın qərarından asılı olaraq qiymətlərdə volatillik arta bilər. ​

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və bəzi qeyri-OPEC ölkələrindən ibarət OPEC+ qrupunun bu gün keçiriləcək iclası öncəsi neft qiymətləri yüksəlməyə başlayıb. Brent markalı neftin bir barelinin qiyməti bu gün saat 11.12-də bağlanış vaxtı ilə müqayisədə 0,75 faiz artaraq 83,48 dollara çatıb. Eyni zamanda West Texas Intermediate (WTI) markalı xam neftin bir barreli 78,28 dollara satılıb.

Bildirilir ki, texniki olaraq Brent markalı neftin 83,54-83,71 dollar aralığı müqavimət, 82,86-82,69 dollar arası isə dəstək zonası kimi izlənilə bilər.

Ötən gün 82,99 dollara kimi bahalaşan Brent markalı neftin bir barel qiyməti günü 82,88 dollarla başa vurub.

Hansı inkişaflar qiymətlərə təsir edir?

OPEC+ ölkələrinin yanvar ayından etibarən həyata keçiriləcək hasilat kvotalarını müəyyən edəcəyi gözlənilir. Qrupun hasilatın azaldılmasını artıracağı gözləntiləri qiymətlərin yüksələn hərəkətini dəstəkləyir.