2017-ci ildə istehsal olunan 21 min ton fındığın 9 min tonu İtaliyaya ixrac olunub
"Kommersant" xəbər verir ki, bu sözləri Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri İsmayıl Orucov Azərbaycan-İtaliya dəyirmi masaları tədbirində səsləndirib.
O bildirib ki, 2017-ci ildə istehsal olunan 21 min ton fındığın 9 min tonu İtaliyaya ixrac olunub. Prioritet, İtaliya ilə yanaşı, digər Avropa ölkələri, xüsusilə, Almaniya şirkətləri ilə fındıq idxal və ixracı sahəsindəki əməkdaşlığı genişləndirməkdir.